12 Oktyabr 2023 11:06
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində əri tərəfindən qətlə yetirilən 14 yaşlı Aytac Şahmarovanın anası və dayısı həbs edilib.

Teleqraf.com Aktual.ge-yə istinadən xəbər verir ki, onlar barəsində zorla ərə vermə və cinayət barədə məlumat verməmə faktları üzrə Rustavi Şəhər Məhkəməsinin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Sözügedən qərarı hakim Madonna Maisuradze qəbul edib. İttiham tərəfi olan prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib və hakim tələbi təmin edib.
Bundan əvvəl məhkəmə prokurorluğun vəsatətini qəbul etməmişdi.

Xatırladaq ki, qətl hadisəsi oktyabrın 5-i qeydə alınıb. 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı əri Alim Sadiqov saxlanılıb. A. Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerində keçinib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər