"Mingəçevir" su anbarında batan şəxsin kimliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, həmin şəxsin Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Bayramov Sərdar Valeh oğlu olduğu məlum olub.
Qeyd edək ki, həmin şəxs balıqçı olub və yaxınları onun dünəndən itkin düşdüyünü bildirib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
***
12:30
Samux rayonunda, "Mingəçevir" su anbarında 1 nəfər batıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Batan şəxsin axtarışları aparılır.