Azərbaycanda zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 06:01-də Lənkəran stansiyasından 23 km qərbdə, Lerik rayonunda 3,6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib.
Təbii hadisə hiss olunmayıb.