15 Oktyabr 2023 11:55
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda zeytun yağının qiymətləri məhsulun zəif olması səbəbindən keçən illə müqayisədə 200% artıb.

Teleqraf.com xəbər verir ki, ölkədə zeytun yağı artıq “maye qızıl” adlanır. Bildirilir ki, bu il onun istehsalı həcmi iki dəfə azalacaq.

Bu səbəbdən də oğurluq halları çoxalıb. Bu yaxınlarda böyük bir fabrikin anbarından 300 min avro dəyərində 37 ton məhsul oğurlanıb.

Qeyd olunur ki, Yunanıstanda maaşlar o qədər də yüksək deyil və inflyasiya sürətlə artır. Buna görə də sakinlər sadəcə öz ehtiyacları üçün ərzaq və yanacaq oğurlamağa başlayıblar.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər