Brüsseldə atışma nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sudinfo” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ölənlər İsveç milli futbol komandasının azarkeşləri olub, onlar komanda forması geyiniblər.
Məlum olub ki, qatil skuterlə gəlib və avtomatla insanları güllələməyə başlayıb.
Hadisədən sonra “Boduen” stadionunun ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.