Bakının Xəzər rayonunda Cavanşir Abdullayevi qətlə yetirməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb.
Teleqraf.com xəbər verir ki, o, polisə gələrək təslim olub.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
***
16.40
Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun “revolver” tipli tapança ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.