14 Noyabr 2023 09:05
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə yük avtomobili ilə minik maşını toqquşub, ölən var.

Teleqraf.com xəbər verir ki, hadisə Bərdə rayonu, Yeni Daşkənd kəndindən Bərdə-Tərtər yolu istiqamətində qeydə alınıb.

Belə ki, Təhsin Cabbarovun idarə etdiyi "KamAZ 55111" markalı yük avtomobillə 1986-cı il təvəllüdülü Elməddin Məhərrəmovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü E.Məhərrəmov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Müəllif: Teleqraf.com