Bir neçə gün öncə Naftalanda yaşadığı evi tərk edərək itkin düşən qadın tapılıb.
Teleqraf.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Fatimə Quliyevanın yeri Bakı şəhərində olduğu müəyyən edilib.
F.Quliyeva izahatında ailəsini könüllü tərk etdiyini və geri dönmək istəmədiyini bildirib.