27 Noyabr 2023 18:42
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, qəza hadisəsi rayonun Əsgərabad kəndində qeydə alınıb. "Jiquli" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə iki nəfər, minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Mirsəid Cəfərov və sərnişini, 2017-ci il təvəllüdlü Yusif Mustafayev xəsarət alıb. Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər