28 Noyabr 2023 22:25
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Göygöl-Hacıməlik yolunda qeydə alınıb. Hərəkətdə olan "Mersedes" markalı avtomobil anidən yolda heyvanı vurmaqdan yayınmağa çalışdığı zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə avtomobildə olan, 1999-cu il təvəllüdlü Elçin Əzizov və daha 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər