Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxıb və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Belə ki, məhkəmə Zəngəzur Mis Molibden Kombinatının mühafizəçisi Ayrapet Meliksetyanın vərəsələrinin apellyasiya şikayətini təmin edib. Birinci instansiyanın hökmü ləğv edilib və H.Axundova ömürlük həbs cəzası verilib.