13 Dekabr 2023 19:42
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 13-ü saat 18:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astrada, Bakıda və Abşeron yarımadasında arabir yağış, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şahdağda isə qar yağıb.

Xidmətdən Teleqraf.com-a verilən xəbərə görə, Naxçıvan, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 9 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda isə 1 dərəcəyədək şaxta olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər