19 Dekabr 2023 12:41
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən dəstə müəyyən olunaraq saxlanılıb.

Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10000 saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib.

Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər