Hacıqabul rayonunda “Prado” və “Qazel” markalı avtomobillər toqquşub.
Teleqraf.com “Report”a istinadla xəbər verir ki, qəza nəticəsində bir nəfər hadisə yerində ölüb.
İki nəfər Laçın rayon sakini - 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
16:33
Hacıqabul rayonunda baş verən yol qəzasında ölən və yaralanan var.
Teleqraf.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Onların kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.