Dekabrın 24-də Yasamal rayonu ərazisində bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə 26-cı Polis Bölməsinə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, dekabrın 25-də Nəsimi rayonu ərazisində bir nəfərin mobil telefonunun və içərisində pul olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Həsənzadə və Cavad Pirnəzirli müəyyən olunaraq saxlanılıblar.