Xaçmaz rayonunda arvadını öldürməkdə təqsirli bilinən Şamil Turabovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Elçin Məmmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, bu ilin sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini, 43 yaşlı Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 41 yaşlı Şamil Turabovun isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Şamil Turabovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.