Ağdaş rayonunda zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, Mingəçevir stansiyasından 23 km cənub-şərqdə Ağdaş rayonunda zəlzələ qeydə alınıb.
Maqnitudası 3,4, dərinliyi 30 km olan zəlzələ hiss olunmayıb.