9 Yanvar 11:01
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Nazim Məmmədqasımov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, ondan 1 kiloqram 145 qrama yaxın marixuana, həmçinin heroin aşkar olunub.

Bundan başqa, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Orxan Umudov Biləcəri dəmir yolu stansiyası ərazisində saxlanılıb.

Ondan 315 qram metamfetamin və 436 qramdan artıq marixuana aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov