Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Natiq Əliyevin sədirliyi ilə keçirilən prosesdə AQTA-nın nümayəndəsi də iştirak edib.
Məhkəmədə pandemiya dönəmində ərzaq məhsullarının silinməsi ilə bağlı suallar cavablandırılıb. Eyni zamanda hakim tərəfindən şahid qismində iştirak edən şəxsə pandemiya dövründə ehtiyaclı ailələrə ərzaq paylanması ilə bağlı yaradılmış komissiyanın işi ətrafında suallar verilib.
Bundan əlavə, məlum olub ki, "Şəmkir Səbət" və "Abad Şəmkir" MMC-nin Sahibkarlığa Kömək Milli Fonduna vurduğu ziyan ödənilib. Belə ki, "Şəmkir Səbət" MMC 200 min manat, "Abad Şəmkir" MMC 500 min manat dəyərində dəyən ziyanın ödənilməsini təmin edib.