12 Fevral 09:37
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, fevral ayının 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Lənkəran reydində, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 14.2 mil məsafədə sənaye üsulu ilə lövbərə bağlanmış 3 ədəd kisədə ümumi çəkisi 14 kiloqram 110 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Müəllif: Teleqraf.com