22 Fevral 12:47
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xətai rayonu ərazisində “BMW” markalı avtomobildən 300 ABŞ dolları və 4000 manat dəyərində qol saatının oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Elşad Şirinov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 10-da Əmircan qəsəbəsində evlərin birindən 1000 manat pul və 2600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Pərviz Əfəndiyev saxlanılıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 16-da rayon ərazisində yerləşən avtoservislərin birində ustanın 3400 manat pulunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İlkin Çobanov saxlanılıb.

Bundan başqa, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mərc oyunları məntəqələrinin birindən 1530 manat dəyərində lotereya biletləri, mobil telefon və 3 ədəd notbuk oğurlamqda şübhəli bilinən Alışan Mehbalıyev müəyyən olunaraq tutulub.

Nizami rayonu ərazisində bir nəfərin 1100 manat pulunun və qol saatının soyğunçuluq yolu ilə talanması barədə 23-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Məmixan Məmmədov, Sadiq Əzizov və daha 2 qadın müəyyən olunaraq saxlanılıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 20-də Sumqayıt dəmir yolu stansiyası ərazisində bir nəfərin içərisində pulu və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən Mustafa Məmmədov müəyyən olunaraq saxlanılıb.


Müəllif: Hacı Zeynalov