19 Mart 09:59
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” ticarət mərkəzində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində marketdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, marketin 1400kv.m. sahədə anbarı yanıb.

Yanğın zamanı anbarın içərisindəki ərzaq malları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Bitişik ümumi sahəsi 1100kv.m. olan ikimərtəbəli anbar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com