27 Mart 14:19
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunda kütləvi zəhərlənmənin sanitar-gigiyenik norma və tələblər gözlənilmədən istehsal olunan qidadan baş verdiyi ehtimal olunur.

Bu barədə Teleqraf.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

"İlkin araşdırmalar nəticəsində məlum olub ki, sanitar-gigiyenik norma və tələblər gözlənilmədən, o cümlədən saxlama şəraitinə və temperatur rejiminə əməl olunmadan açıq hava şəraitində həmin şəxslər tərəfindən istehlak üçün hazırlanmış qida məhsullarını qəbul etdikdən sonra tibbi yardıma müraciət olunub", - qurumdan qeyd olunub.

Bildirilib ki, hazırda zərərçəkənlərin sağlamlığı normaldır. Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir: "Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək".

***

Lerikdə zəhərlənmə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.

TƏBİB-dən Teleqraf.com-a verilən məlumata görə, 27.03.2024-cü il tarixdə saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb. Onlar vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.

***

Lerik rayonunda istirahət mərkəzlərinin birində 11 nəfər zəhərlənib.

Teleqraf.com xəbər verir ki, zəhərlənənlərdən 6-sı azyaşlıdır.

Bakı şəhər sakinləri olan həmin şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlar 3 ailənin üzvləridir, ilkin ehtimala görə, özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər.

Onlara ilkin tibbi yardım göstərilib.

Zəhərlənən şəxslərin adlarını təqdim edirik:

- 1992 – ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə

- 1991 – ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə

- 2018 – ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə

- 2014 – cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə

- 1993 – cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva

- 1990 – cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva

- 2020 – ci il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva

- 2016 – cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev

- 1987 – ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev

- 2012 – ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva

- 2018 – ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə.


Müəllif: Teleqraf.com