1 Aprel 17:12
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zaloğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qəbələ rayon ərazisində işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qəbələ rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı qeyd olunan Cəmiyyətin direktoru Tural Zalovun əmək müqaviləsi bağlamadan Qəbələ rayon sakini Qafqaz Alcanovu müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər