8 Aprel 09:47
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahbuz rayonunda qadın körpüdən yıxılıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Külüs kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı körpüdən çaya düşüb. Onun meyiti dünən gecə saatlarında kənd sakinləri tərəfindən çaydan tapılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com