14 Aprel 18:35
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin hadisə yerində ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, İsbərov Amid Seyran oğlunu və Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vuraraq öldürüb.


Müəllif: Teleqraf.com