İtkin düşmüş məşhur həkimin meyiti 3 gün sonra tapılıb.
Teleqraf.com xəbər verir ki, Yunanıstandan olan həkim Maykl Moslinin cəsədi bu gün itkin düşdüyü Simi adasında tapılıb. O, adada tətildə olarkən itkin düşüb.
Qeyd edək ki, Maykl Mosli həkim, jurnalist, televiziya və radio aparıcısıdır. Bununla yanaşı o, aralıq oruc pəhrizlərini müdafiə etməsi ilə tanınır. O, həftənin iki günü kaloriləri məhdudlaşdıran və qalan beş gündə sağlam qidalanma və idmanla məşğul olan 5:2 pəhrizi ilə tanınır. Onun başqa bir pəhrizi isə ən azı iki həftə ərzində gündə 800 kalori ilə məhdudlaşan "Fast 800" pəhrizidir.
Onun həyat yoldaşı Clare Bailey Mosley də həkimdir.