20 İyun 23:22
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Quba yolunda qəza baş verib, 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Sumqayıtda, “Yaşma bağları” adlanan ərazidə qeydə alınıb.

Yük avtomobilinin minik avtomobilinə çırpılması nəticəsində minik avtomobilində olan sərnişin, 1971-ci il təvəllüdlü Lalə Abduləli qızı Hüseynli hadisə yerində ölüb. Daha 2 nəfər - Mina Aslanova və Könül Babayeva xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər