Zambiyaya gedən amerikalı turist filin hücumu nəticəsində ölüb.
Teleqraf.com xəbər verir ki, Zambiya rəsmiləri ölən turistin 64 yaşlı Culiyana Qle Tourneyau olduğunu bildirib.
Rəsmilərin sözlərinə görə, fil sürüsü onları izləyən avtomobilə hücum edib. Bu vaxt fil Turnonu maşından çıxarıb və əzərək öldürüb.
Bu, cari ildə Zambiyada baş vermiş ikinci oxşar hadisədir. Mart ayında Zambiyanın milli parkında fil turistləri daşıyan yük maşınına hücum edib. Yük maşınında olan bir turist ölüb, beş nəfər yaralanıb.
Zambiya hakimiyyəti turistləri ölkə daxilində vəhşi təbiəti müşahidə edərkən həddindən artıq ehtiyatlı olmağa çağırıb.