22 İyun 11:02
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə minik avtomobili traktorla toqquşub, ölən var.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, Alıyev Səxavət Hakim oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Şəmkir rayonu, Qaracəmirli kənd yolunda hərəkətdə olan zaman həmin yolun əks hərəkət zolağında hərəkətdə olan Muradov Şəmşəd Fidayıl oğlunun idarə etdiyi "Belarus" markalı traktorla toqquşub.

Nəticədə S.Alıyev hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Müəllif: Teleqraf.com