27 İyun 22:59
340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın Nəsimi rayonunun C.Hacıbəyli küçəsində qeydə alınıb.

Bildirilib ki, 18 mərtəbəli yaşayış binasının həyətində generatorda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Müəllif: Teleqraf.com