11 İyul 11:31
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə, 16 ünvanında uzun müddətdir fəaliyyət göstərən obyektlər sökülüb.

Teleqraf.com Baku TV-yə istinadən xəbər verir ki, sahibkarların sözlərinə görə, onlara heç bir xəbərdarlıq olunmadan söküntü işlərinə başlayıblar və malları dağıntılar altında qalıb. Vətəndaşlar deyir ki, həmin ərazidə 30 ilə yaxın müddətdə obyekt işlədiblər. Onlar iddia edir ki, söküntü aparılmadan öncə mallarını oradan çıxarmaq üçün vaxt verilməyib. İstifadə etdikləri avadanlıqlar, mallar dağıntılar altında qalaraq istifadəyə yararsız vəziyyətə düşüb.

Videodan görünür ki, söküntü aparılan ərazidə yanğın hadisəsi də baş verib.

Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynovun sözlərinə görə, bir neçə aydır ki, obyekt sahiblərinə xəbərdarlıq olunub və onlardan bəziləri hətta məhkəməyə verilib.

V.Hüseynov qeyd edib ki, ərazi yataqxananın ərazisidir. Gələcəkdə təmir olunaraq istifadəyə veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər