15 İyul 02:04
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda 33 yaşlı qadın kimyəvi maddə içərək intihar edib.

Teleqraf.com xəbər verir ki, beş gün əvvəl heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparatı içən qadın Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Aygün Zöhrab qızı Əliyeva Şirvan xəstəxanasında ölüb.

Beş gün sonra eyni preparatı içən onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Xalid Yavər oğlu Əliyev həmin kimyəvi maddədən toksiki zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər