Somalinin paytaxtı Moqadişoda bomba yüklü avtomobillə hücum təşkil edilib.
Teleqraf.com xəbər verir ki, hadisə 2024-cü il futbol üzrə Avropa çempionatının final matçını izləyən azərkeşlərin toplaşdığı restoranın önündə baş verib.
Bildirilir ki, avtomobilin partlaması nəticəsində 5 nəfərin ölüb, 20 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.