Qadın hovuzda sürüşkən istifadə olunan yastığın üzərindən yıxılaraq qolunu sındırıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, hadisə Rusiyanın Omsk şəhərində baş verib.
Qolu sınan qadın idman kompleksini məhkəməyə verib və təzminat tələb edib.
Məhkəmə qadının şikayətini haqlı sayıb.
Məhkəmə idman kompleksini zərərçəkmişə mənəvi təzminat olaraq 150 min rubl və istehlakçıların hüquqlarını pozduğuna görə daha 75 min rubl ödəməsi barədə qərar qəbul edib.