Rusiyanın Stavropol şəhərindən uçuş edən təyyarənin pilotlarını lazerlə kor etməyə çalışıblar.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə Stavropoldan Perm şəhərinə uçan "Boeing 737" təyyarəsində baş verib.
Enişdən sonra ekipaj heyyəti yaşıl lazerlə kor edildiklərini bildiriblər. Baş verənlərə baxmayaraq, təyyarə komandiri uçuşu davam etdirib. Nəticədə təyyarə hava limanına təhlükəsiz eniş edib.