"Barselona"nın və İspaniya millisinin futbolçusu Lamin Yamalın atası Munir Nazraui Kataloniyada bıçaqlanıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə region polisinə məlumat yayıb.
Hadisə İspaniyanın Mataro şəhərində, Frenk Marşal küçəsində baş verib. Naməlum şəxslər Nazrauiyə bir neçə bıçaq zərbəsi vurublar.
Yamalın atasının vəziyyəti ağır qiymətləndirilir.
Hücumda şübhəli bilinən bir neçə şəxs həbs edilib.