Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb.
Bu barədə Teleqraf.com-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini S.Mayılovdan kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 4 kiloqram olan çətənə kolları aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.