4 Sentyabr 09:38
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Gərgər kəndi ərazisində “Qarabağlar” adlanan biçənək sahədə qeydə alınıb.

1973-cü il təvəllüdlü Elman Əli oğlu Musayev ot presslərini “Qaz 3307” markalı yük maşınına yüklədikdən sonra otluq sahəyə uzanaraq istirahət etmək istəyib. O, maşının arxa təkəri tərəfdə kölgədə uzandığı zaman sürücü Maarif Əmiraslanov avtomobili hərəkətə gətirib və arxaya doğru sürüb. Nəticədə yük maşını E.Musayevin üstündən keçib.

Ağır xəsarətlər alan E.Musayev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gədəbəy RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər