8 Sentyabr 18:29
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunun Qırılı kəndində baş verən bədbəxt hadisə nəticəsində ər-arvad ölüb.

Teleqraf.com xəbər verir ki, mərhumun yaxınlarının sözlərinə görə, 57 yaşlı Xatirə İsmayılova iş yerinə aparmaq üçün üzüm yığmaq istəyib. Bu zaman ona kömək üçün həyat yoldaşı Füzuli İsmayılov nərdivanla hasara çıxıb. Əvvəldən çat olan bir qat hasardan qopan daş parçaları qadının üzərinə tökülüb. Hasarın üzərində olan həyat yoldaşı da yıxılaraq daş parçalarının üzərinə düşüb. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, bir ay əvvəl cütlüyün yeganə oğul nəvələri də dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

11:12

Ağstafada ər və arvad uçan divarın altında qalaraq ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə Qırlı kəndində qeydə alınıb.

Kənd sakinləri, F.İsmayılov və X.İsmayılova üzüm yığan zaman divar aşaraq onların üzərinə düşüb. Nəticədə hər ikisi aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər