18 Sentyabr 16:53
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tarqovı”da yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Göstərilən ünvanda fəaliyyət göstərən restoranlardan birinin tüstü bacasında baş vermiş kiçik alışma qısa müddətdə söndürülüb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər