İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xarici mətbuat istinadla xəbər verir ki, bu barədə yerli qurumlar məlumat yayıb.
Zəlzələnin episentri təxminən 451 min insanın yaşadığı Şimali Sulavesi əyalətinin Manado şəhərindən 280 km cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.