9 Oktyabr 23:59
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər