6 Aprel 2015 17:16
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvanda qondarma erməni soyqırımı ilə bağlı keçiriləcək tədbirə bir çox dövlətin birinci və ikinci dərəcəli şəxsləri dəvət edilib. Amma ölkələrin çoxu bu tədbirə getməyəcəyini bildirib. Ermənilər məqsədlərinə çatmayacaq”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.

E.Nəsirli bildirib ki, Roma Papasının da tədbirə qatılmaqdan imtina etməsi katolik dünyasına, katolik dünyasının dövlət başçılarına bir ismarıcdır ki, onlar da həmin tədbirdə iştirak etməsin. Onun sözlərinə görə, ermənilər tək aprelin 24-də deyil, bütün il boyu soyqırımı tədbirləri keçirmək istəyir.

“Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinə də dünya liderləri dəvət edilib. Bu tədbirin özü Ermənistanın 100 illiklə bağlı planlarını alt-üst edib. Eyni zamanda, Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları da həmin planı alt-üst edəcək. Yayda dünyanın, Avropanın gözü Azərbaycanda olacaq, Azərbaycandakı inkişafın şahidi olacaqlar. Hesab edirəm ki, Çanaqqala zəfərinə həsr edilmiş tədbir və Avropa oyunları qondarma soyqırımla bağlı tədbirə güclü zərbədir. Bu türk dünyası həqiqətlərinin dünyaya çatdırılmasında mühüm bir hadisədir”, – deyə politoloq qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər