16 Aprel 2015 14:49
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avronest PA vitse-prezidenti Elxan Süleymanov Avropa Parlamentinin bütün üzvlərinə etiraz müraciəti ünvanlayıb.

Millət vəkilinin seçki qərargahından Teleqraf.com-a verilən məlumata görə, E.Süleymanov müraciətində aprelin 15-də Brüsseldə qondarma erməni soyqırımının yüzilliyinə dair keçirilən və qurum tərəfindən bu uğursuz qərara böyük narazılığını və təhlükəsizlik baxımından onsuz da həssas olan regionda sabitliyi pozmaq istiqamətindəki bu cəhdə təəccübünü ifadə edib: “ Avropa İttifaqına üzv dövlətlər bir əsr əvvəl Osmanlı İmperiyasında baş vermiş faciəvi hadisələrlə bağlı haqlı olaraq yekdil mövqeyə malik deyildir. Aİ-nin əksər üzvləri, dünyanın bir çox ölkələri, Aİ komissarları, siyasətçilər və partiyalar bu kimi birbaşa ifadədən çəkinir və sülh və sabitliyin əhəmiyyətini anlayır. Lakin son illər Avropa Parlamentində yaranan görünməmiş erməniyönümlü model səbəbindən belə görünür ki, siz yenidən dəqiq araşdırmadan və düzgün anlamadan onların bu xüsusi yanaşmasını qəbul etmisiniz. Həm Ermənistan, həm də əksər Avropa ölkələrində hadisələrə dair arxivlər hələ də bağlıdır və açıq-aydın görünür ki, arxivi açmaqdan imtina yalnız həqiqəti ermənilərə daha uyğun formada dəyişməyə dəlalət edə bilər.

Qurumunuz keçmişdə də belə ikili standartlar nümayiş etdirib və təəssüf ki, bu, birinci dəfə baş vermir. Siz ermənilərin maraqlarını açıq müdafiə edir, eyni zamanda hər imkanda Azərbaycanı və Türkiyəni ədalətsiz olaraq Ermənistanın tapdağı altına salmaq niyyəti güdür, qərəzli mövqedən əl çəkmirsiniz. Siz Ermənistanı Azərbaycan ərazilərinin işğalını dayandırmağa çağırmırsınız. Siz faktiki olaraq 1992-ci il Xocalı hadisələrini heç bir formada tanımırsınız, halbuki Ermənistan qoşunları bütövlükdə Azərbaycan xalqına qarşı sübut olunmuş genosid törətmişdir! Buna baxmayaraq, yenidən erməni diskursuna (düşüncəsinə) uyğunlaşmağı seçdiniz. Siz Dağlıq Qarabağın işğalına, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzulinin işğalına göz yumur və bütün bunlar olmamış kimi davranırsınız! Xocalı soyqırımını inkar etməyiniz, işğalı inkar etməyiniz qanunsuzdur və pislənilməlidir! Bu ilin mart ayında Ermənilərin Azərbaycan xalqını soyqırıma məruz qoymasının 110 ili tamam oldu. Siz nəinki bu soyqırımı tanımaq, hətta bu barədə xatırlamaq belə istəmədiniz!”

Millət vəkili qeyd edib ki, Aİ-dən kənar ölkələr xarici siyasətinizi anlamaqda çox çətinlik çəkir: “Bir tərəfdən, siz sülh, təhlükəsizlik, sabitlik, insan hüquqları və demokratiyanı müdafiə etdiyinizi iddia edirsiniz. Digər tərəfdən, hətta siz bu məktubu oxuyarkən qoşunları Azərbaycan torpaqlarını işğalda saxlayan və Azərbaycan vətəndaşlarını güllələyən bir ölkəni, küçələrdə hökumətə qarşı etirazlarda öz vətəndaşlarını güllələyən problemli rejimi– Ermənistanı müdafiə edirsiniz! Məhz o ölkəni ki, yüz il əvvəl baş vermiş hadisələrə görə Türkiyə ilə əlaqələrini qaydaya salmaqdan imtina edir və Avropa İttifaqı ilə işləməyi deyil, Avrasiya İttifaqına qoşulmağı seçib!

Eyni zamanda bu qətnamənin kökündə geosiyasi səbəblər və dini amillər durur. Roma Papasının 12 aprel çıxışı bunun canlı sübütu və müsəlman Türkiyəsinə qarşı özünəməxsus səlib yürüşünün başlanması üçün bir siqnal oldu.

Öz fəaliyyətinizdə türk və erməni xalqları arasında dinc yanaşı yaşama, tolerantlıq, həmrəylik təbliği əvəzinə, bu ağılsız qətnamənizlə sülhə yox, Ukrayna və Rusiya arasında yaratdığınız nifaq kimi qarşılıqlı nifrətə və düşmənçiliyə çağırış etmiş oldunuz ki, bu da gələcək nəsillər üçün çox təhlükəlidir.

Davranışınız, faktiki olaraq, qəribədir və bir çox avropalıların nə üçün Avropa Parlamentindən narazılığının və ona inamsızlığının artdığını izah edir. Həqiqətən də məhz bu kimi ismarışlar azərbaycanlı seçicilərin nə üçün Avropa ilə artan, yaxud hətta gələcək əməkdaşlığa sərt yanaşdığını izah edir. Bu andan etibarən son illər ardıcıl şəkildə qəbul etdiyiniz bu kimi qətnamələrdən sonra çətin ki, seçicilərimiz nümayəndə heyətimizin Avronest çərçivəsindəki gələcək fəaliyyətini dəstəkləsin.

Təəssüf ki, görünür, Ermənistanın gündəliyi digər yerlərdə də təşviq edilməkdədir. AŞPA Prezidenti xanım Ann Brassörün son uğursuz bəyanatı da qurumunuzun yanlış mövqeyini əks etdirir.

Biz bu birtərəfli əsassız və tarix boyu işğalçılığı, təcavüzkalığı ilə tanınan, türk və azərbaycan xalqlarını dəfələrlə soyqırıma məruz qoyan erməniləri haqsız olaraq müdafiə edən qərəzli qətnamənizi rədd edirik.

Hörmətli üzvlər, sizi erməni lobbiçiləri tərəfindən idarə edildiyinizi anlamağa və ismarışlarınızın real təsirini və ardıcıllığını araşdırmağa başlamağa çağırıram!”

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər