20 Aprel 2015 16:57
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

KXCP Ali Məclisi Avropa Parlamenti “erməni soyqrımı” iddiasını müzakirəyə çıxararaq bu iddianın tarixi reallıq kimi tanınması barədə qətnaməsini tənqid edən bəyanatla çıxış edib.

Qeyd edilib ki, bu hadisədən bir müddət Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Avropa Parlamentinin mövqeyinə oxşar bəyanat səsləndirib: “Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) həm Avropa Parlamentinin məlum qərarını, həm də Papa Fransiskin bəyanatını tarixi gerçəklikdən çox-çox uzaq, daha çox erməni lobbisinin təsiri altında qəbul olunmuş qərəzli sənəd kimi dəyərləndirir. Xüsusən, Avropa Parlamentində yalançı erməni soyqrımı iddiasının müzakirəyə çıxarılıb qəbul olunması dünyanın ən nufuzlu təşkilatlarından biri olan Avropa Birliyinin öz missiyasına, dəyər və prinsiplərinə ziddir. Çünki bu sənəd Avropa ailəsinin mehriban qonşuluq münasibətləri çərçivəsində yaşamasına, Avro- atlantik məkana inteqrasiyasına, sülhün və əmin- amanlığın möhkəmlənməsinə deyil, ziddiyyətlərin dərinləşməsinə xidmət edir”.

KXCP həmişə Avropa Birliyinin Azərbaycanda demokratik dəyərlərin inkişafına dair çağırışlarını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək: “Azərbaycan xalqının və türk dünyasının maraqlarını həmişə ali dəyər kimi qəbul edən KXCP hesab edir ki, Avropa Parlamentinin 15 aprel qətnaməsi, tarixi reallığı əks etdirməyən qərəzli bir sənəd olmaqla sənəd müəlliflərinin təmsil etdikləri təşkilatın və ölkələrin maraqlarına ziddir, qəbuledilməzdir.

KXCP bir daha Avropa Parlamentinin “erməni soyqrımı”- nın tanınması haqqında 15 aprel tarixli qətnaməsini pisləyir, Azərbaycan və qardaş Türkiyə Cumhuriyyətinin müvafiq dövlət qurumlarını erməni yalanlarının ifşa olunması və onların tarixi torpaqlarımızı işğal edərək dinc soydaşlarımıza qarşı həyata keçirdikləri talanları, vəhşilikləri, soyqrımları barədə əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırılması üçün birgə səylərini artırmağa çağırır.

Nemət


Müəllif: