“Azərbaycan dünyada böyük nüfuz sahibidir. Bir çox dünya səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi də bu nüfuzun göstəricisidir. Bu mənada, ilk Avropa Oyunları Azərbaycanın dünyadakı müsbət imicini daha da gücləndirəcək”.
Bu fikirləri YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Azərbaycan sülh, dostluq məkanı kimi dünyada özünü təsdiq edib. Onun sözlərinə görə, möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsində məkan olaraq Azərbaycanın seçilməsində də bu amil mühüm rol oynayır. İlk Avropa Oyunları ilə əlaqədar hazırda dünyanın diqqəti ölkəmizə yönəlib.
“Amma müəyyən dairələr Azərbaycanın bu uğurlarına qısqanclıqla yanaşırlar. Təbii ki, burada erməni izi də var. Erməni lobbisi və onun təsirində olan dairələr, sapı özümüzdən olan baltalar hər fürsətdə Azərbaycana ləkə atmağa çalışır. Birinci Avropa Oyunları ərəfəsində baş verənlər buna sübutdur. Amma bu cəhdlər heç bir nəticə verməyəcək. Çünki xalqımız prezidentimizin ətrafında sıx birləşib.
Cəmiyyətimiz belə kampaniyaların hansı səbəblərdən qaynaqlandığını yaxşı bilir. Bununla belə, bu məsələlərlə əlaqədar əhali arasında təbliğat işi davam etməlidir. Bu proseslərdə YAP-ın fəalları aktivlik nümayiş etdirirlər. Hər bir kəs prinsipial məsələlərdə öz mövqeyini ortaya qoymalıdır”, – deyə YAP icra katibinin müavini vurğulayıb.
Səxavət