25 Aprel 2015 17:07
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP-nin nəzarətində olan “Azadlıq” qəzeti tanınmış ziyalı, akademik Rafiq Əliyevə “sataşıb”. Belə ki, adıçəkilən qəzet ötən gün iş adamı Rafiq Əliyev haqqında yazı yazıb, onun fəaliyyətinə toxunub.

Ancaq maraqlıdır ki, məqalədə iş adamının fotosunun yerinə tanınmış ziyalı, qeyri-səlis məntiq nəzəriyyəsinin layiqli davamçılarından akademik Rafiq Əliyevin fotosu verilib.

Bu isə birmənalı qarşılanmayıb. Çünki Azərbaycanda ictimai-siyasi fəaliyyəti olan hər kəs akademik Rafiq Əliyevi tanıyır. Odur ki, hansısa iş adamı ilə görkəmli ziyalının fotosunu səhv salmaq ağlabatan hadisə deyil.

Qeyd edək ki, Rafiq Əliyev bir zamanlar ictimai-siyasi fəaliyyət göstərib, hətta müxalifətin vahid namizədi məsələsində adı hallandırılıb.

Lakin hazırda daha çox elmi işləri ilə məşğul olur. Mümkündür ki, onun bu hərəkəti AXCP-nin xoşuna gəlməsin.

Cavidan


Müəllif:

Oxşar xəbərlər