“Azərbaycan iqtisadiyyatı yüksək inkişaf səviyyəsindədir. Yaxın zamanlarda Azərbaycanda yüzlərlə sənaye sahələri yaradılacaq, yeni-yeni iş yeri açılacaq”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, yeni iş yerlərinin yaradılması, iş sahəsində yeni məsələlər ortaya qoyur. Onun sözlərinə görə, əməyin mühafizəsinə ciddi diqqət yetirilməlidir.
“Hesab edirəm ki, ölkəmizdə artıq Əmək Fondunun yaradılmasına ehtiyac var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilən qərarlar da təqdirəlayiqdir. Görülən işlər insanların mənafeyinə xidmət edir”, – deyə komitə sədri vurğulayıb.
Səxavət