30 Aprel 2015 19:04
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın gələcək görüşü üzrə əsas məsələləri müzakirə ediblər.

Teleqraf.com-un məlumatına görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter"dəki səhifəsində yazıb.

"Biz nazir Elmar Mәmmәdyarovla Azәrbaycan vә Ermәnistan prezidentlәrinin müzakirә edәcәyi әsas mәsәlәlәr әtrafında fikir mübadilәsi apardıq", - deyə diplomat qeyd edib.

Xatırladaq ki, həmsədrlər ötәn gün Ermәnistanın xarici işlәr naziri Edvard Nalbadyanla da görüşüblәr.


Müəllif:

Oxşar xəbərlər